Avq 23, 2017 14:06 Asia/Baku
  • Arizonada anti-Tramp aksiyası
    Arizonada anti-Tramp aksiyası

ABŞ prezidenti Donald Tramp ilə müxalif olanların bir qrupu onun bu ölkənin Arizona ştatına səfəri əleyhinə aksiya keçirib.

Aksiyaçılar yerli vaxtla dünən gecə Amerika prezidentinin Arizona ştatının Finiks şəhərinə səfərinə etiraz olaraq, Donald Trampın çıxış etdiyi məkanın yaxınlığına toplaşıblar.

Polis qüvvələrinin geniş iştirakı və güclü təhlükəsizlik tədbirləri altında aksiya keçirən etirazçılar Amerika prezidentinin bəzi tərəfdarları ilə höcətləşiblər.

Məlumatlar Finiks şəhərində polis ilə Trampın müxalifləri arasındakı toqquşmaların artmasından xəbər verir, amma indiyədək bu barədə bir xəbər yayılmayıbdır.

ABŞ prezidenti Donald Tramp yerli vaxtla dünən gecə öz müavini Mayk Pens ilə yanaşı Arizona ştatının Finiks şəhərinə gedib.

Teqlər