BMT TŞ-nin əksər üzvləri ABŞ və sionist rejimə qarşı çıxıblar
-
BMT TŞ-nin əksər üzvləri ABŞ və sionist rejimə qarşı çıxıblar
BMT-nin Təhlükəsizlik Şurasının əksər üzvləri Amerika və sionist rejimin BMT-nin Livanın cənubunda yerləşən sülhü mühafizə-YUNİFİL qüvvələrinin gücləndirilməsi barədəki istəklərinə qarşı çıxıblar.
BMT-nin Təhlükəsizlik Şurası YUNİFİL qüvvələrinin tapşırıq müddətinin uzadılması məsələsini araşdırıb. ABŞ və sionist rejimin həmin qüvvələrin tapşırıq miqyasının genişləndirilməsi üçün Təhlükəsizlik Şurasının üzvlərini təzyiq altında qoyduqları bir halda, Təhlükəsizlik Şurasının əksər üzvləri həmin qüvvələrin tapşırığında hər cür dəyişiklik ilə müxalifət ediblər. Livan da israr edir ki, bu qüvvələrin tapşırığı hazırkı şəkildə qalmış olsun.
Sionist rejim müqavimətin Livanda qüdrətlənməsindən son dərəcə nigarandır və BMT-nin sülhü mühafizə qüvvələrinin öz hesabatında müqaviməti 1771 saylı qətnaməni pozmada ittiham etmək məqsədilə tərəfdaşlıq rolunu oynamasını istəyir. Amerika sionist rejimin istəyinə müsbət cavab verdi, amma Təhlükəsizlik Şurasının əksər üzvləri, xüsusən Livanın cənubunda minlərlə əsgərə malik olan ölkələr bu qüvvələrin tapşırığında hər cür dəyişikliyi rədd edirlər. Bu ölkələr bir tərəfdən, regionun sabitliyinin qorunması, digər tərəfdən də öz qüvvələrinin sağlamlıqları ilə bağlı nigarandırlar.