Avq 25, 2017 11:30 Asia/Baku
  • Berlində sifətin müəyyən edilməsi sistemi icra olunmağa başlayıb
    Berlində sifətin müəyyən edilməsi sistemi icra olunmağa başlayıb

Almaniya polisi Berlin şəhərinin ictimai məkanlarında şəxslərin simasının müəyyən edilməsi üzrə sınaq layihəsinə başlayıb.

Almaniyada şəxslərin kimliyini müəyyən etmək üçün müşahidə kameralarından istifadə layihəsinin sınaq icrası avqustun birindən başlanmışdı, lakin Almaniya daxili işlər nazirinin himayəsilə üzləşən bu qalmaqallı layihə dünən rəsmən Berlin şəhərində başlanıbdır.

Bu layihənin sınaq icrası xüsusi mühiti müdafiə qruplarının və şəxslərin müxalifətilə üzləşib.

Layihə Berlindəki dəmiryolu stansiyalarında icra olunur və bu məqsədlə həmin stansiyalarda üç kamera quraşdırılıbdır.

Altı ay sürəcək bu layihənin sınaq mərhələsinin icrasında məqsəd, belə bir məsələnin aydınlaşdırılmasıdır ki, görəsən, bu sistem bir şəxsdən saxlanılmış biometrik məlumatlara əsasən, onu insanlar arasında tanıya biləcəkmi?

Teqlər