San Fransiskoda nifrət əleyhinə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i280784-san_fransiskoda_nifrət_əleyhinə_aksiya_keçirilib
Bir qrup ABŞ vətəndaşı San Fransiskoda ölkədəki nifrət yayılması əleyhinə etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2017 08:16 Asia/Baku
  • San Fransiskoda nifrət əleyhinə aksiya keçirilib
    San Fransiskoda nifrət əleyhinə aksiya keçirilib

Bir qrup ABŞ vətəndaşı San Fransiskoda ölkədəki nifrət yayılması əleyhinə etiraz aksiyası keçirib.

Onlarla amerikalı cümə günü mühafizəkarların San Fransisko şəhərində mitinq keçirməsi ərəfəsində ABŞ-da nifrətin yayılması əleyhinə aksiya keçirib. 

Etirazçılar əllərində plakatlar daşıyıblar. Plakatlarda "Nifrətin yayılmasına qarşı çıxın" məzmunlu şüarlar yazılıbmış. 

San Fransiskoda nifrət əleyhinə ikinci aksiya elə bir halda keçirilib ki, bu ölkə rəsmiləri bundan öncə bu gün və sabah keçirilməsi planlaşdırılan radikal və sağçı qrupların aksiyasını ləğv etmişdilər.