İtaliyada islamofobiya artıb
https://azeri.sahartv.ir/news/dünya-i280884-İtaliyada_islamofobiya_artıb
Bəzi Avropa ölkələrindəki son terror hücumları və didərginlər böhranının davam etməsi bir daha İtaliyada islamofobiyanın genişlənməsinə səbəb oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2017 10:10 Asia/Baku
  • İtaliyada islamofobiya artıb
    İtaliyada islamofobiya artıb

Bəzi Avropa ölkələrindəki son terror hücumları və didərginlər böhranının davam etməsi bir daha İtaliyada islamofobiyanın genişlənməsinə səbəb oldu.

Venetsiya meri Luici Broniyaro daxil olmaqla İtaliyanın bəzi siyasi şəxsiyyətlərinin müsəlmanlara qarşı ritorikaları, o cümlədən bu şəhərin ictimai məkanlarında "Allahu Əkbər!" deməyin qadağan olunmasına dair ifadələri bu ölkədə anti-İslam hisslərinin genişlənməsinə bais olubdur.

Venetsiya meri qəribə bir ifadədə belə deyib: Əgər bir şəxs Venetsiyada "Allahu Əkbər!" şüarı verərsə, təhlükəsizlik qüvvələri dərhal ona atəş açacaqlar.

Ötən iki il ərzində Avropada terror hadisərləinin baş verməsinin ardınca İtaliyada hücum, istehza və təhdid formasında müsəlmanların incidilməsi geniş miqyas alıbdır.

Müsəlmanlar indiyədək İŞİD-in Avropa, Amerika və dünyanın digər nöqtələrindəki bütün terror hücumlarını pisləyiblər.