Şarlotsvil hadisələrində irqçilər atəş açıbmışlar
-
Şarlotsvil hadisələrində irqçilər atəş açıbmışlar
Virciniya ştatının Şarlotsvil şəhərində baş verən son qarşıdurmalarda ağdərili irqçilər tərəfindən atəş açılması barədə görüntülər yayılıb.
Görüntülərə əsasən aksiya zamanı ağdərili irqçilər, irqçiliyə qarşı olan nümayişçilərin üzərinə odlu silahla atəş açıblar.
Görüntülərə görə bir ağdərili polis qüvvələrinin yaratdıqları maneələrə tərəf atəş açır.
Avqustun 12-də Şarlotsvil yerli rəsmilərinin daxili müharibələr dövrünün komandanlarından birinin heykəlinin götürülməsinə dayir qərarından sonra ağdərililərin üstünlüyünə inanan sağçılar və neonasistlərdən ibarət ifratçı qruplar heykəlin yerləşdiyi əraziyə toplaşaraq bu qərara etirazlarını bildirmək istədilər. Bunun qarşılığında irqçiliyə qarşı olanlar da həmin əraziyə toplaşdılar və iki qrup arasında toqquşma baş verdi. Bu hadisə zamanı bir irqçi idarə etdiyi avtomobili aksiyaçıların üstünə sürərək bir nəfərin ölümü bə bir neçə nəfərin yaralanmasına səbəb oldu.