Avq 28, 2017 10:58 Asia/Baku
  • Gürcüstan meşəliklərində vertalyot qəzaya uğrayıb
    Gürcüstan meşəliklərində vertalyot qəzaya uğrayıb

Gürcüstanın sərhəd qüvvələrinin bir ədəd vertalyotu qəzaya uğrayıb, 3 nəfər yaralanıb.

İRNA-nın verdiyi məlumata görə, Gürcüstanın cənubunda Borjomi bölgəsinin meşələrində yanğının söndürülməsi əməliyyatında bu ölkənin sərhəd qüvvələrinə məxsus olan bir ədəd vertalyotu qəzaya uğrayıb. 

Ötən həftə Borjomi bölgəsinin meşəliklərində başlanan geniş yanğınlarda 100 hektardan çox meşəlik sahə yanıb. 

Yanğının söndürülməsi əməliyyatına Türkiyə, Azərbaycan və Ermənistanın yanğınsöndürmə bölmələri də cəlb olunub. 

Gürcüstan sərhəd qoşunlarına məxsus vertalyot bu ölkənin əməliyyatda iştirak edən yeganə vertalyotu idi. 

Borjomi bölgəsində baş verən meşə yanğını təxminən nəzarətə alınıb. 

Teqlər