Avq 29, 2017 09:53 Asia/Baku
  • Filippində 10 İŞİD terrorçusu öldürüldü
    Filippində 10 İŞİD terrorçusu öldürüldü

İŞİD terror qruplaşmasına bağlı olan Maute dəstəsinin 10 üzvü Filippinin cənubunda, Məravi şəhərində terrorçulara qoşulmaq istədikləri zamanı öldürülüblər.

İRNA-nın məlumatına görə, Filippin ordusu bildirib ki, bu terrorçular qayıq vasitəsi ilə Məravi şəhərinə getmək niyyətində olublar. Hazırda Məravi şəhərinin təqribən 20%-i Maute terror qruplaşmasının nəzarəti altındadır. Filippin hərbçilərinin Lanao gölündə Maute qruplaşmasına qoşulmaq istəyən terrorçulara hücumu zamanı 10 terrorçu öldürülüb. 

Filippin ordusu artıq 4 aydır ki, Məravi şəhərində terrorçular ilə savaşır. 

Məravi şəhərində ordu qüvvələri və terrorçular arasında gedən döyüşlər nəticəsində indiyə kimi təqribən 400 min şəhər sakini öz evini tərk etməyə məcbur olub. İndiyə kimi hər iki tərəfin verdiyi insan tələfatının sayı isə 700 nəfər bildirilir. 

Teqlər