Lavrov: Amerikanın məqsədi, Suriyadakı terrorçuların qorunmasıdır
Rusiyanın xarici işlər naziri Amerika dövlətinin hərəkətlərini Suriyadakı terrorçuların qorunması istiqamətində adlandırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün deyib: Amerika Suriya böhranının həllində rol oynamaqda aciz qalıbdır.
Sergey Lavrov əlavə edib: Amerikanın məqsədi, Suriyada qanuni və xəlqi siyasi quruluş ilə mübarizə aparmaq üçün terrorçuları himayə etməkdir.
Rusiyanın xarici işlər naziri söyləyib: Amerikanın sabiq prezidenti Barak Obamanın dövləti və bu ölkənin indiki dövləti Suriya böhranının həlli üzrə sülh müzakirələri prosesində sabotaj törədirlər.
Sergey Lavrov həmçinin deyib: Rusiya Suriya böhranının həlli üzrə regional səylərini davam etdirəcək.
Rusiya prezidenti Vladimir Putin də bu gün nəşr olunmuş bir məqalədə yazıb: Eyni zamanda, Suriya məsələlərinin siyasi həlli prosesinin başlanması və bu ölkə xalqının adi həyata qayıtması üçün zəminlər təmin edilibdir.
Rusiya prezidenti əlavə edib: Suriyada, dünyanın digər ölkələri və məntəqələrində terrorçularla mübarizə davam edəcək.