Los-Anclesdə yanğın geniş vüsət alıb
-
Los-Anclesdə yanğın geniş vüsət alıb
Kaliforniya ştatının Los-Ancles ərasizində baş verən yanğın geniş vüsət alıb və yerli rəsmilər sakinləri evakuasiya etməli olublar.
CNN telekanalının bildirdiyinə görə, dünən günörtadan sonra başlanan yanğın Burbankda 800 hektardan çox ərazini buruyub.
Hələlik insan tələfatı yaxud yaralananlar barədə məlumat yayılmayıb.
CNN bildirib: Hal-hazırda yanğının sadəcə 10 faizi nəzarətə alınıb və hadisəyə 256 yanğınsöndürən cəlb edilib.
Amerika barədə başqa məlumata görə, Texasın qasırğadan zərər çəkən bölgələrində indiyədək 440 min əhali təcili dövlət yardımı üçün qeydiyyata alınıb.
Bu məlumata görə, Harvi qasırğası indiyədək 50 nəfərin ölümünə səbəb olub.
Bu qasırğa Hyustonda 135 yaşayış mənzilinin su basması ilə nəticələnib.
Texas və Luiziyana ştatlarının müəyyən hissələrini əhatə edən Harvi qasırğası nəticəsində leysan yağışlar çayların səviyyəsinin qalxması ilə nəticələnmişdir.
Amerikanın sinoptika idarəsi bildirib ki, bu qasırğanın son 12 ildə misli görünməmişdir.