Şimali Koreya yeni hidrogen bombası düzəldib
https://azeri.sahartv.ir/news/dünya-i281303-Şimali_koreya_yeni_hidrogen_bombası_düzəldib
Şimali Koreya bazar günü səhər saatlarında son dərəcə yüksək dağıdıcılıq gücünə malik olan hidrogen bombası düzəltməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2017 04:44 Asia/Baku
  • Şimali Koreya yeni hidrogen bombası düzəldib

Şimali Koreya bazar günü səhər saatlarında son dərəcə yüksək dağıdıcılıq gücünə malik olan hidrogen bombası düzəltməsindən xəbər verib.

Şimali Koreyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, bu ölkə başçısı Kim Cun İn bir qitələrarası raket üzərinə yerləşdirilmiş bu bombaya baxış keçirib.

Məlumata görə, bu hidrogen bombası yüzlərlə kiloton dağıdıcılıq gücünə malikdir. Və yüksək hündürlükdə partladılması mümkündür. 

Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqləri tərəfindən Şimali Koreya əleyhinə təhdidlərin davam etdiyi zamana kimi öz hərbi nüvə və raket potensialını gücləndirməkdə davam edəcək.