"Spektitr": Qərb dövlətləri "vəhhabi Ərəbistan" ilə dostluqdan çəkinməlidirlər
Sen 03, 2017 09:19 Asia/Baku
İngiltərədə çıxan bir mətbuat orqanı Avropa ölkələri başçılarına xitabən yazıb: Səudiyə Ərəbistanı ilə zahiri dostluğu unudun. Ər-Riyad vəhhabiliyi himayə edir və bu cərəyan Qərb ölkələrinin milli təhlükəsizliyini təhdid edir.
İRNA-nın məlumatına görə, İngiltərədə çıxan Spektitr mətbuat orqanı yazır: İngiltərənin xüsusi xidmət orqanı olan Mİ6-nın sabiq rəhbəri Conatan Evans İngiltərənin qarşıdan gələn 30 ildə "vəhhabi terrorizmi"ndən amanda olmayacağı barədə xəbərdarlıq edib.
Bu mətbuat orqanı həmçinin yazır: Ərəbistanda doğulmuş ifratçı gənclər və digər ərəb ölkələrindəki ifratçılar İngiltərə və Avropada vəhhabiliyi yaymağa çalışırlar. Bu isə Avropa ölkələrinin təhlükəsizliyi üçün ciddi təhdiddir.