60 min Ruhinqa müsəlmanı Banqladeşə sığınıb
https://azeri.sahartv.ir/news/dünya-i281307-60_min_ruhinqa_müsəlmanı_banqladeşə_sığınıb
BMT şənbə günü bildirib ki, ötən 8 gündə 60 min Ruhinqa müsəlmanı Myanma ordusu və ifratçı buddistlərin hücumlarından amanda qalmaq üçün Banqladeşə sığınmağa məcbur olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2017 05:02 Asia/Baku
  • 60 min Ruhinqa müsəlmanı Banqladeşə sığınıb

BMT şənbə günü bildirib ki, ötən 8 gündə 60 min Ruhinqa müsəlmanı Myanma ordusu və ifratçı buddistlərin hücumlarından amanda qalmaq üçün Banqladeşə sığınmağa məcbur olub.

BMT-nin baş katibi cümə günü Myanmada müsəlmanlara qarşı zorakılıqların davam etməsindən nigaranlıq edib. 

Antonio Quterreş Myanma ordusunun müsəlmanlara qarşı zorakılıqları durdurmasını istəyərək, baş verməkdə olan insan faciəsinin önlənilməsini istəyib. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də çərşənbə günü öz şəxsi Tvitter hesabında bir tvitt paylaşıb: "Myanmada etnik təmizləmənin qarşısını almaq üçün beynəlxalq səylərin göstərilməsi vacibdir".

Myanmanın Raxin vilayəti 2021-ci ildən Ruhinqa müsəlmanlarına qarşı hücumların şahididir. Myanma ordusu və ifratçı buddistlər Ruhinqa müsəlmanlarına qarşı soyqırımı həyata keçirirlər. Myanmada yaşayan bir milyondan çox müsəlman vətəndaşlıq hüququndan məhrum edilib.