Gürcüstan və NATO birgə hərbi manevrə başlayıblar
Sen 03, 2017 19:23 Asia/Baku
Gürcüstan və Şimali Atlantika Alyansı NATO-nun birgə hərbi manevrinə start verilib.
İSNA-nın verdiyi məlumata görə, Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, bu birgə manevr hərbi təlim və hərbi hazırlıq səviyyəsinin yaxşılaşdırılması, yeni texnologiyalar və modern silahlar ilə tanışlıq məqsədi daşıyır.
Bu məlumata görə, bu gün start götürən hərbi manevr 11 sentyabra kimi davam edəcək.
Gürcüstan və NATO arasında hərbi əməkdaşlıqların genişləndirilməsi bu manevrin keçirilməsinin əsas məqsədlərindən sayılır.
Bu hərbi manevrdə Gürcüstan, Amerika, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan silahlı qüvvələri iştirak edir.
Gürcüstanın müdafiə naziri bu manevrdə 500 ABŞ hərbi dəniz piyadasının iştirak etdiyini bildirib.