Sen 03, 2017 23:15 Asia/Baku
  • Nüvə Sınaqlarına Qadağa Təşkilatı Şimali Koreyanın nüvə sınağını qınadı

Nüvə Sınaqlarına Qadağa Təşkilatının baş katibi Şimali Koreyanın son nüvə sınağını qınayıb.

Frans24 telekanalının verdiyi məlumata görə, Lassina Zerbo Şimali Koreyanın bazar günü həyata keçirdiyi nüvə sınağını qınayaraq, deyib: Bu nüvə sınağının texniki göstəriciləri ilə bağlı hesabat üzv ölkələrə təqdim edilib və bu partlayışın gücü misilsiz dərəcədə böyük olub. Çünki, ötən illər ilə müqayisədə xeyli güclü olan zəlzələyə səbəb olub. 

Zerbo icra mexanizminə malik olan müqavilələrin imzalanacağına ümidvar olduğunu da qeyd edib. 

Nüvə Sınaqlarına Qadağa Təşkilatının baş katibi BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarına işarə edib və deyib: Bu sanksiyalar nüvə sınaqlarının davam etdiyi zamana kimi davam edəcək. 

Şimali Koreya bazar günü səhər saatlarında yüksək dağıdıcı gücə malik olan bir hidrogen bombasını sınaqdan keçirdiyini bildirib. 

Teqlər