Sen 03, 2017 23:16 Asia/Baku
  • Rusiya Şimali Koreyanın nüvə sınağını beynəlxalq hüququn pozulması adlandırdı

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Şimali Koreyanın nüvə sınağını beynəlxalq hüququn pozulması adlandırıb və bu hərəkətin məhkum edilməli olduğunu bildirib.

Röyters-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bazar günü bir bəyanat yayaraq, bütün əlaqədar tərəflərdən bu xüsusda danışıqlar aparmalarını istəyib və danışıqları Koreya Yarımadasında artmaqda olan böhranın yeganə həll yolu adlandırıb. 

Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Məsələləri Komissiyasının sədr müavini Frants Klintseviç də deyib: Şimali Koreya təhrikedici nüvə sınağı ilə qırmızı xətti keçmiş olub. Halbuki, daha öncə ABŞ-ın hərəkətləri təhrikedici idi. 

Klintseviç əlavə edib: Koreya Yarımadası böhranı üçün danışıqlardan başqa həll yolu yoxdur. 

Şimali Koreya bu gün səhər bir hidrogen bombasının təsvirlərini yayımlayaraq, bu bombanın yüksək dağıdıcı gücə malik olduğunu bildirib. 

Teqlər