Sen 04, 2017 11:37 Asia/Baku
  • C.Koreya vətəndaşları Ş.Koreya haqda müxtəlif fikirdədirlər
    C.Koreya vətəndaşları Ş.Koreya haqda müxtəlif fikirdədirlər

Cənubi Koreya vətəndaşlarının Şimali Koreyanın nüvə və raket sınaqlarına reaksiya tərzi üstündəki fikir ayrılıqları nisbətən ciddidir.

Birbaşa surətdə Koreya yarımadasında hər cür hərbi əməliyyatın təsiri altında olan Cənubi Koreya vətəndaşları Şimali Koreya və Pxenyanın hidrogen bombasını sınaqdan keçirməsi barədə fərqli baxışlara malikdirlər.

Misal üçün, onların bəziləri Şimali Koreyanın nüvə silahlarının istehsalı proqramının dayandırılması üçün bu ölkə ilə sərt rəftarın edilməsini istəyirlər, lakin bəziləri isə deyirlər ki, Şimali Koreyaya qarşı hərbi əməliyyatın həyata keçirilməsi sonda hər iki Koreyanın məhvinə gətirib çıxaracaqdır.

Cənubi Koreyadan olan təqaüdçü Yan Dun Çul Seuldakı satış mərkəzlərindən birində deyib: Əgər biz Şimali Koreyaya onların əməl etdikləri kimi cavab versək, özümüzü məhvə doğru sövq etdirmiş olacağıq. Bu üzdən, hesab edirəm ki, biz sakit qalmalı və Şimali Koreya ilə danışıqlar aparmaq üçün çalışmaqda davam etməliyik. Biz eyni zamanda bu sahədə Amerika və Yaponiya daxil olmaqla öz müttəfiqlərimizlə həmkarlıq etməliyik. Heç vaxt müharibə baş verməməlidir və əgər Amerika tələsik şəkildə Şimali Koreyaya qarşı önləyici hücum həyata keçirərsə, bu, bizə qarşı ölümcül bir zərbə demək olacaqdır.

Digər tərəfdən, Cənubi Koreyada kiçik özəl bir şirkətin sahibi Bae Geom Seuk deyib: Hesab edirəm ki, Şimali Koreyanın hərəkətləri çox pisdir. Biz və beynəlxalq ictimaiyyət daim və ardıcıl olaraq Şimali Koreyaya kömək etməyə hazır olduğumuzu elan etdik, lakin bu ölkə öz yolunu davam etdiribdir. Biz milli müdafiə gücümüzü gücləndirməli və onun- Şimali Koreyanın təhrikedici hərəkətlərinə güclü bir cavab verməliyik.

Cənubi Koreya televiziyası Şimali Koreya liderinin və bu ölkənin nüvə sınağının görüntülərini nümayiş etdirir və Seulda yerləşən bu satış mərkəzindəki Cənubi Koreya vətəndaşları onu nigarançılıqla izləyirdilər.

Teqlər