Sen 04, 2017 14:11 Asia/Baku
  • Çin prezidentinin BRİKS(BRICS) ölkələrindən istəyi
    Çin prezidentinin BRİKS(BRICS) ölkələrindən istəyi

Çin prezidenti BRİKS(BRICS) ölkələrindən istəyibdir ki, beynəlxalq arenada daha böyük rol oynasınlar.

Si Tsinpin bu gün Syamın şəhərində çəkic vurmaqla BRİKS-ə üzv ölkələrin sammitinin başlandığını rəsmən elan edib.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika BRİKS-in üzvləridirlər.

Si Tsinpin açılış mərasimindəki çıxışında BRİKS ölkələrindən istəyibdir ki, beynəlxalq arenada daha böyük rol oynasınlar və dünyanın varlı ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında məsafələrin artması ilə mübarizə üçün dünya iqtisadiyyatına daha artıq enerji aşılasınlar.

Çin prezidenti eyni zamanda BRİKS--ə üzv ölkələri dünya miqyasında qorunan iqtisadi siyasət dalğasına qarşı çıxmağa çağırıb.

Teqlər