Rusiya Misirdə AES tikəcək
Rusiya mediaları Misirdə atom elektrik stansiyasının(AES) quraşdırılması ilə bağlı müqavilənin yekunlaşmasından xəbər veriblər.
Bu məlumata görə, Misirdə AES quraşdırılması müqaviləsi ilə bağlı müzakirələrə 2 il öncə start verilmişdi və artıq bu müqavilə yekunlaşdırılıb.
Rusiya mediaları bildirirlər ki, bu müqavilə ilə bağlı danışıqların yekunlaşması xəbəri prezident Vladimir Putin Çində keçirilən BRİKS ölkələri sammitinin kənarında Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşünün ardınca elan edilib.
Misir bundan öncə Rusiya ilə Aralıq dənizi sahilində quraşdırılacaq 4 reaktorlu atom elektrik stansiyasının maliyyələşdirilməsi ilə bağlı bir anlaşma sənədi imzalamışdı.
Vladimir Putin misirli həmkarı ilə görüşdə deyib: Misir ilə ticarət dövriyyəsi cari ilin ilk altı ayında artıma malik olub. Biz regional böhranların həlli istiqamətində Misir ilə əməkdaşlıq edirik və Misirin bu xüsusda verdiyi dəstəyi yüksək qiymətləndiririk.