Beynəlxalq Miqrasiya Təşkilatı xəbərdarlıq etdi
Beynəlxalq Miqrasiya Təşkilatı Myanmanın Raxin vilayətində müsəlmanların acınacaqlı durumu barədə xəbərdarlıq edib.
PressTv-nin verdiyi məlumata görə, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonardo Duil deyib: Myanmada müsəlmanların çoxu müvəqqəti sığınacaqlarda, ərzaq malları əldə etmək imkanına malik deyillər. Bəziləri üstü açıq ərazidə yaşayırlar, bir qrup da humanist qrupların müdaxilə edə bilmədikləri hərbi zonalardadırlar.
Biz bu didərginlərin həyatının mühafizəsi üçün lazım olan xidmətləri təqdim etmək məqsədi ilə onlarla əlaqə yaratmaq istəyirik. Didərginlərə xidmət təmiz içməli su, səhiyyə, ərzaq malları, təhsil və psixoloji xidmətlərdən ibarətdir. Onların çoxu şok vəziyyətindədir, cinsi və fiziki zorakılığa məruz qalıb.
Beynəlxalq Miqrasiya Təşkilatının son ifşaedici hesabatına görə, Myanma müsəlmanları ordu hücumları qarşısında qaçarkən yandırılır, yaxud odlu silahla hədəfə alınırlar yaxud da biçaqlanırlar və qanaxmasından dünyalarını dəyişirlər.