Raxin vilayətinə humanitar yardımlara imkan yaradılsın
https://azeri.sahartv.ir/news/dünya-i281633-raxin_vilayətinə_humanitar_yardımlara_imkan_yaradılsın
ABŞ Dövlət Departamentinin sözçüsü Myanma müsəlmanlarına humanitar yardımlara şərait yaradılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 05:48 Asia/Baku
  • Raxin vilayətinə humanitar yardımlara imkan yaradılsın

ABŞ Dövlət Departamentinin sözçüsü Myanma müsəlmanlarına humanitar yardımlara şərait yaradılmasını istəyib.

FransPress-in verdiyi məlumata görə, ABŞ dövlət departamentinin sözçüsü Heder Naurt dünən Myanma müsəlmanlarının durumundan nigaranlıq ifadə edərək deyib: Amerikalı diplomatlar Myanma rəsmiləri ilə təmasdadırlar amma Raxin vilayətində müsəlmanların durumu barədə təsdiqini tapmış məlumatların əldə olunması çətindir. 

Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni repressiv və təcavüzkar hücumları zamanı mindən çox insan ölüb və təqribən yüz min nəfər də didərgin düşübdür.

Raxin əyaləti 2012-ci ildən bəri Myanma ordusu və buddistlər tərəfindən Ruhinqa müsəlmanlarına qarşı hücumların şahididir. Bir milyon Ruhinqa müsəlmanı Myanmada vətəndaşlıq hüquqlarından məhrumdur.