Sen 09, 2017 11:17 Asia/Baku
  • Pxenyan Amerika, Yaponiya və Cənubi Koreyaya xəbərdarlıq etdi
    Pxenyan Amerika, Yaponiya və Cənubi Koreyaya xəbərdarlıq etdi

Şimali Koreya sanksiyaların artırılması ilə bağlı Yaponiya, Cənubi Koreya və Amerikaya xəbərdarlıq edərək, Pxenyana qarşı əlavə sanksiyaların tətbiq edilməsinin, sanksiyaları tətbiq edən ölkələr üçün mənfi təsirlərə malik olacağını bildirib.

İRNA-nın məlumatına görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyinin sözçüsü şənbə günü deyib: Yaponiya və Cənubi Koreya ABŞ-ın yolu ilə gedərək, Şimali Koreyaya əlavə sanksiyaların tətbiq edilməsinə çalışırlar. Amma, bilməlidirlər ki, bu addımın mənfi nəticələri elə onların özlərinə qayıtmış olacaq. 

Şimali Koreya iyul ayında 2 ədəd qitələrarası ballistik raket sınağı həyata keçirdi. Bunun ardınca BMT TŞ Şimali Koreya əleyhinə sanksiyalar tətbiq etdi. Bu sanksiyalar Şimali Koreyadan hətta, daş kömür və dəniz məhsullarının idxalına da şamil olur. 

Şimali Koreya dəfələrlə bildirib ki, ABŞ öz hərbi avantürist düşüncələri ilə regionu səbatsızlığa sürükləyir. 

Pxenyan həmçinin, bildirib ki, ABŞ və müttəfiqləri tərəfindən Şimali Koreya əleyhinə təhdidlərin davam etdiyi zamana kimi bu ölkə öz hərbi nüvə və raket potensialını gücləndirməkdə davam edəcək. 

Teqlər