İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı başlanıb
https://azeri.sahartv.ir/news/dünya-i281893-İslam_Əməkdaşlıq_təşkilatının_zirvə_toplantısı_başlanıb
İslam Əməkdaşlıq Təşkilatı(İƏT)-in elm və texnologiya üzrə ilk sammiti 24 İslam ölkəsinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bu gün, bazar günü Qazaxıstanın paytaxtı Astanada işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2017 06:52 Asia/Baku
  • İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı başlanıb
    İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı başlanıb

İslam Əməkdaşlıq Təşkilatı(İƏT)-in elm və texnologiya üzrə ilk sammiti 24 İslam ölkəsinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bu gün, bazar günü Qazaxıstanın paytaxtı Astanada işə başlayıb.

Bu iclasda İslam Əməkdaşlıq Təşkilatının onillik elm və texnologiya sənədi İslam ölkələrinin başçıları və nazirləri tərəfindən qəbul olunmalıdır.

Bu zirvə toplantısının təşkili 2016-cı il aprelin 14-də keçirilən İstanbul sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif olunmuşdu.

Bu, İslam ölkələrinin başçıları səviyyəsində keçirilən ilk elmi və texnologiya sammitidir.