İslam ölkələri BMT-nin Myanma müsəlmanlarına yardım planını rəğbətlə qarşılayıblar
Sen 10, 2017 13:21 Asia/Baku
İslam ölkələri BMT-nin canlarının qorxusundan Banqladeşə qaçmış 300 min Myanma müsəlmanına yardım planını rəğbətlə qarşılayıblar.
BMT və bəzi beynəlxalq təşkilatlar canlarının qorxusundan Banqladeşə qaçmış 300 min Myanma müsəlmanına qida məhsulları, içməli su və dərmanın şamil olduğu zəruri yardımların göndərilməsi üzrə plan hazırlayıblar.
Bu istiqamətdə BMT-nin humanitar orqanları özlərinin yardım qüvvələrini Ruhinqa didərginlərinin daxil olduqları Banqladeş-Myanma sərhədindəki məntəqələrdə yerləşdiriblər.
Bu məlumata əsasən, BMT Myanma müsəlmanlarına yardım üçün yeddi milyon dollarlıq vəsait ayırıbdır.