İrma qasırğasında zərər 250 milyard dollar səviyyəsində qiymətləndirilir
Florida ştatından başqa, ola bilsin, Corciya və Alabama ştatlarına da zərər vurmuş İrma qasırğasının törətdiyi xəsarətlər 250 milyard dollar qiymətləndirilibdir.
BBC telekanalı bildirib: İrma qasırğası Amerikanın Florida ştatında üç milyondan çox insanın işığının kəsilməsinə bais olub. Bu qasırğanın yolu üstündə olmuş məntəqələrdən olan altı milyon nəfərdən çox insan köçürülübdür. Florida ştatının cənubundakı Mayami şəhərinin mərkəzində yerləşən ticarət məntəqəsi hazırda altmış santimetrlik selin içindədir və böyük zərər çəkibdir. Səbəb budur ki, Florida ştatındakı həmin qasırğadan irəli gələn zərərlər hələ başa çatmayıbdır. Bu qasırğa dünyanın ən böyük iqtisadiyyatı sayılan Amerika iqtisadiyyatına çox böyük təsir göstərəcəkdir. Ekspertlər deyirlər ki, bu, indiyədək Amerika ərazisini bürümüş ən çoxxərcli bir qasırğadır. Hərçənd hələ də Florida ştatında meydan sulamaqda olan bu qasırğadan irəli gələn dəqiq zərərləri elan etmək çox tezdir, İsveçrə kredit bankı bu qasırğadan irəli gələn ehtimali zərərlər barədə təxminlər veribdir. Bu bankın hesablamalarına görə, İrma qasırğası Amerika iqtisadiyyatına 125-250 milyard dollar dəyərində zərər vuracaqdır. Harvey və İrma qasırğalarının Amerika iqtisadiyyatına vurduqları ilkin təsirlərdən biri, bu ölkədə işsizlərin sayının artması olubdur. Ötən həftə məşğulluq barədə Amerikada yayılmış məlumat ondan xəbər verirdi ki, təkcə Harvey qasırğasından irəli gələn zərərlərə görə, Texas ştatında təqribən 40 min nəfər işini itiribdir ki, onların əksər hissəsi bu böyük ştatda maldarlıq sektorunda çalışan müvəqqəti fəhlələr olubdur, zira Texas ştatında kənd təsərrüfatı və maldarlıq sektorları həmin qasırğadan böyük zərər çəkmişdilər.