Myanma müsəlmanlarının qırğını pislənib
İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi vurğulayıb ki, beynəlxalq və insan haqları təşkilatları, İslam Əməkdaşlığı Təşkilatı və dünyadakı bütün məsul şəxslər ruhinqalı müsəlmanlar qarşısında öz məsuliyyətlərini qəbul etməlidirlər.
İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Ayətullah Mohsen Əraki bu gün bir bəyanatda Myanma müsəlmanlarının rəhmsizcəsinə qırğın edilməsini pisləyərək, deyib: Ruhinqalı müsəlmanların şübhəli beynəlxalq sükut içində Myanmanın dövləti və ordusunun himayəsilə rəhmsizcəsinə qırğın edilmələrinin miqyası təsəvvürolunmazdır.
Ayətullah Əraki vurğulayıb: İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyası bütün islami ölkələrdən istəyir ki, məzlum Myanma müsəlmanlarını müdafiə etsin və bu qırğın və didərginliyin dayandırılması, eləcə də qatillər, cinayətkarlar və onların himayədarlarının cəzalandırılmaları ücün ciddi səylər göstərsinlər.
İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi habelə bu assambleyanın Myanma dövlətilə bu ölkə müsəlmanları arasında onların danışıqlar aparmaları üçün vasitəçilik etməyə hazır olduğunu bildirib ki, bütün Myanma vətəndaşları üçün azadlıq, ədalət və bərabərliyə zəmanət verilmiş olsun.
Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı hücumları avqustun 25-dən başlanıb və indiyədək minlərlə nəfər ölüb və yaralanıb, təqribən 300 min nəfər də didərgin düşübdür. Myanmada müsəlmanlar vətəndaşlıq hüquqlarından məhrumdurlar.