Sen 11, 2017 20:58 Asia/Baku
  • Zeyd Rəəd Əlhüseyn
    Zeyd Rəəd Əlhüseyn

BMT-nin insan haqları üzrə məsul şəxsi bildirib ki, Myanmada Ruhinqa müsəlman azlığının təcrübə etdiyi zorakılıq və ədalətsizlik etnik təmizləmənin bariz nümunəsidir.

Zeyd Rəəd Əlhüseyn bu sözləri BMT-nin insan haqları şurası iclasının açılış mərasimində bəyan edib. Bu sözlər elə bir şəraitdə söylənir ki, Ruhinqa müsəlmanlarının zorakılıqlardan qaçmaları və Banqladeşə doğru hərəkətləri davam edir və Myanma BMT-nin insan haqları müfəttişlərinin bu ölkəyə girişinin qarşısnı alıbdır. İngiltərənin Skay-Nyus telekanalının xəbər qrupu həftənin əvvəllərini Tombero kəndində keçiribdir ki, əməldə Myanma ilə Banqladeş arasında yiyəsiz bir məntəqədir. Didərginlər bu məntəqədə Banqladeşə aid olan çayın kənarında bir düşərgə salıblar. 

Skay-Nyus-un məlumatına görə, uşaqlar təmiz su gətirmək üçün sərhəddən keçmək icazəsinə malikdirlər. 

Ruhinqalı kəndlilər həmçinin müsəlmanlara qarşı zorakılıq hərəkətləri macəralarını bu kanala danışıblar. Banqladeş dövləti deyir ki, Ruhinqa müsəlmanlarına sığınacaq vermək məqsədilə yeni bir düşərgə düzəltmək üçün bir torpaq sahəsi ayırıbdır. 300 minə yaxın Myanma müsəlmanı bu ölkədən qaçıbdır. Həmin ölkə əhalisinin əksər hissəsini buddistlər təşkil edirlər.

Teqlər