Sen 12, 2017 09:18 Asia/Baku
  • Venesuelada regional seçkilər
    Venesuelada regional seçkilər

Venesuelada regional seçkilər 15 oktyabrda keçiriləcək.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Venesuelanın Milli Seçki Şurası bazar ertəsi günü bir bəyanat yayaraq, təqribən 19 milyon nəfərin regional seçkilərdə iştirak etmək haqqına malik olduğunu bildirib. 

Regional seçkilərdə Venesuelanın yerli hökumətlərinin əsas simaları müəyyən ediləcək. 

Venesuelanın Milli Seçki Şurası həmçinin, 23 ştatda qubernatorlar üzrə seçkilərin 23 sentyabrdan 12 oktyabra kimi davam edəcək seçkilərdə müəyyən olunacağını bildirib. 

Venesuela prezidenti Nikolas Madoro ötən cümə axşamı bildirmişdi ki, regional seçkilərdə seçiləcək qubernatorlar Təsisçilər Məclisinə tabe olmalıdırlar. Əks təqdirdə, vəzifələrindən kənarlaşdırılacaqlar. 

Venesuela ötən aylarda hakimiyyət və müxalifləri arasında toqquşmaların və gərginliyin şahidi olub. 

Venesuela hökuməti ölkədəki gərginliklərə görə ABŞ və sağçı partiyaların məsuliyyət daşıdığını deyir. 

Teqlər