Pxenyan BMT TŞ-nin Şimali Koreya əleyhinə son qətnaməsini qınadı
Sen 13, 2017 11:17 Asia/Baku
Şimali Koreya Təhlükəsizlik Şurasının bu ölkə əleyhinə son qətnaməsini kəskin formada tənqid edib.
İRNA-nın məlumatına görə, Şimali Koreyanın BMT-dəki səfiri Han Tae Sunq Cenevrədə keçirilən Nüvə Tərksilahı Konfransında BMT TŞ-nin Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq etməsini qeyri qanuni adlandırıb və ABŞ-ın buna görə cavab verməli olduğunu deyib.
Han Tae Sunq əlavə edib: ABŞ BMT TŞ-nin Şimali Koreya əleyhinə son sanksiyalarına görə başlıca məsuliyyət daşıyır.
Şimali Koreyanın BMT-dəki nümayəndəsi İsveçrədə keçirilən Nüvə Tərksilahı Konfransında həmçinin deyib: Amerika hərbi, siyasi və iqtisadi qarşıdurmaya başlayıb.
Amerika və Şimali Koreya arasındakı gərginlik Pxenyanın 6-cı nüvə sınağından sonra xeyli yüksəlib.