ABŞ: Şimali Koreyanın atdığı raket ballistik raket idi
https://azeri.sahartv.ir/news/dünya-i282387-abŞ_Şimali_koreyanın_atdığı_raket_ballistik_raket_idi
ABŞ ordusu Şimali Koreyanın atdığı yeni raketi orta mənzilli və ballistik raket növündən adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2017 04:31 Asia/Baku
  • ABŞ: Şimali Koreyanın atdığı raket ballistik raket idi
    ABŞ: Şimali Koreyanın atdığı raket ballistik raket idi

ABŞ ordusu Şimali Koreyanın atdığı yeni raketi orta mənzilli və ballistik raket növündən adlandırıb.

ABŞ ordusunun Sakit okeandakı komandanlığı bildirib: Şimali Koreya ötən gecə orta mənzilli bir ballistik raket atıb. Bu raket Yaponiya səmasını keçdikdən sonra Sakit okeana düşüb. 

Yaponiya hökuməti bu raket sınağından sonra, televiziya və mobil telefonlardan təcili müraciətlər yayaraq vətəndaşların sığınacaqlara getməsini istəyib. 

Yaponiya hökumətinin sözçüsü Yoşihide Suqa ötən gecə bildirib: Yaponiya Cənubi Koreya və ABŞ-la əməkdaşlıq edərək Şimali Koreyanın yeni hərəkətinə münasib reaksiya verəcək. 

Yaponiya xarici işlər naziri Taro Kono da deyib: Şimali Koreyanın atdığı raket mənzilini nəzərə alaraq qitələrarası ballistik raket olduğunu demək olar. 

Bu arada diplomatlar bildiriblər ki, BMT Təhlükəsizlik Şurası cümə günü Şimali Koreyanın yeni raket sınağını araşdırmaq məqsədilə fövqəladə iclas təşkil edəcək.