Sen 15, 2017 17:40 Asia/Baku
  • ABŞ-da rasizm əleyhinə aksiya
    ABŞ-da rasizm əleyhinə aksiya

ABŞ-ın Kaliforniya ştatının Berkli şhərində yüzlərlə nəfər məşhur televiziya aparıcısının radikal nəzəriyyələrlə açıqlamasına etiraz edib.

Associated Pressin məlumatına görə, Kaliforniya ştatının Berkli şhərində yüzlərlə nəfər cümə axşamı günü radikal nəzəriyyələrlə çıxış etməkdə olan məşhur televiziya aparıcısı Ben Şapironun olduğu binanın qarşısına toplaşaraq ona etiraz edib.

Etirazçılar faşizm, ağdərili irqçilər və prezident Donald Tramp əleyhinə şüarlar səsləndiriblər.

Etirazçılardan bəzisi də əllərində yazılı plakatlar tutaraq Ben Şapiroya çıxış etmək icazəsi verdiyinə görə, məsul şəxslərə etirazlarını bildirib.

Teqlər