Sen 17, 2017 09:57 Asia/Baku
  • Belarus region ölkələrini Rusiya ilə birgə hərbi manevrə nəzarət etməyə çağırıb
    Belarus region ölkələrini Rusiya ilə birgə hərbi manevrə nəzarət etməyə çağırıb

Belarus hökuməti bildirib ki, 7 region ölkəsi o cümlədən Baltikyanı ölkələr, Polşa və Ukrayna nümayəndələri bu ölkə ərazisində keçirilən Rusiya ilə müştərək hərbi manevrə müşahidəçi qismində dəvət olunublar.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Belarusun Müdafiə Nazirliyi şənbə günü bir bəyanat yayaraq, bildirib: Latviya, Litva, Estoniya, Polşa, İsveç, Norveç və Ukraynadan 16-20 sentyabrda keçiriləcək "Qərb-2017" adlı Rusiya ilə müştərək hərbi manevrlərə nəzarət etmələri üçün öz nümayəndələrini göndərmələrini istəmişik".

Rusiyanın bildirdiyinə görə, "Qərb-2017" hərbi manevrində Rusiya və Belarusun təqribən 12700 hərbçisi iştirak edəcək. Amma, Estoniya və Latviya bu manevrdə 100 hərbçinin iştirak etdiyini bildirirlər. 

Belarusun Müdafiə Nazirliyi cümə axşamı manevrin əvvəlində bir bəyanat yayaraq, bu manevri tamamilə müdafiə xarakterli adlandırmış və manevrin hər hansı bir üçüncü ölkə əleyhinə olmadığını bildirmişdi. 

Amma, Rusiya ordusunun belə bir yüksək səviyyədə güc nümayiş etdirməsi ciddi narahatlıqlara xüsusi ilə də Baltikyanı ölkələrdə, Polşada və Ukraynada nigaranlıqlara səbəb olub. Bu ölkələr Rusiya - Belarus birgə hərbi manevrini gözlənilməz hücum üçün kamufulyaj hesab edirlər. 

Teqlər