Sen 18, 2017 13:12 Asia/Baku
  • ABŞ-da rasizm əleyhinə aksiya

ABŞ-ın Sent Luis şəhəri artıq üçüncü gündür qaradərilini qətlə yetirən polisin azad edilməsi ilə əlaqədar məhəkəmənin qərarına etiraz aksiyasının şahididir.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Sent Luis şəhəri küçələrinə üç gündür axışan yüzlərlə etirazçı ABŞ-da rasizmin əsaslı şəkildə yayılması, xüsusilə də polis məmurları arasında yayıılmasına etiraz edib. 

Sent Luis şəhərində etirazçılar şüarlar səsləndirərək ədalətin icra olunmasını tələb ediblər. 

2011-ci ildə bir qaradərili gənci qətlə yetirən ağdərili polisə bəraət verilməsi ötən bir neçə gündə Sent Luis şəhərində aksiyanın keçirilməsi ilə nəticələnib. 

2011-ci ildə Missuri Ştatında ağdərili polis məmuru Ceyson Stelli 24 yaşlı qaradərili Antoni Lamarı atəş açaraq qətlə yetirdi. Lakin məhkəmə polisin azad edilməsinə qərar verib. 

Bəzi KİV Missuri ştatında polis məmurları tərəfindən qətlə yetirilən qaradərililərin sayının çox olduğuna görə, bu ştatı qaradərililərin qətl məkanı adlandırır. 

Teqlər