Mogerini: Nüvə anlaşması haqda yenidən müzakirəyə ehtiyac yoxdur
Sen 21, 2017 13:05 Asia/Baku
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru İran və 5+1 qrupu xarici işlər nazirlərinin iclasından sonra bildirib: Nüvə anlaşması haqda yenidən müzakirəyə ehtiyac yoxdur.
Federika Mogerini ötən gecə nüvə anlaşmasının ikitərəfli anlaşma olmadığını bildirərək deyib: Beynəlxalq ictimaiyyət nüvə anlaşmasına sadiq qalmalıdır.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru əlavə edib: Avropa bu beynəlxalq anlaşmanın davam etməsinə zəmanət yaradacaq.
Federika Mogerinin sözlərinə görə, ABŞ İranın nüvə anlaşmasına sadiq qaldığını qəbul edib.