Sen 22, 2017 09:51 Asia/Baku
  • BMT TŞ İraq Kürdüstanında referendumun keçirilməsinə qarşı çıxdı

BMT Təhlükəsizlik Şurası İraq Kürdüstanında müstəqillik əldə etmək üçün referendumun keçirilməsi ilə müxalifət edib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Təhlükəsizlik Şurası cümə axşamı bir bəyanat yayaraq, bu şuranın İraqın milli hakimiyyəti, ərazi bütövlüyü və birliyinin qorunmasına sadiq olduğunu vurğulayıb və İraqın mərkəzi hökuməti ilə İraq Kürdüstanı yerli hakimiyyəti arasındakı problemlərin İraq Konstitusiyası çərçivəsində və konstruktiv müzakirələr yolu ilə həll edilməsini istəyib. 

BMT TŞ həmçinin, İraq Kürdüstanında keçiriləcək referendumun regionda gərginliyə səbəb olacağı barədə də xəbərdarlıq edib. 

Təhlükəsizlik Şurası kürdlərin İraqdan ayrılmaq üçün 25 sentyabra təyin etdikləri referendumun İŞİD ilə mübarizənin davam etdiyi bir zamanda keçirilməsinin yeni gərginliyə səbəb olacağını bildirib. 

İraq Kürdüstanı 25 sentyabrda İraqdan ayrılmaq üçün referendum keçirmək qərarına gəlib. Bu da İraq hökuməti, müxtəlif siyasi qruplar və region ölkələrinin ciddi reaksiyaları ilə üzləşib. 

Teqlər