Sen 23, 2017 16:29 Asia/Baku
  • Kubanın xarici işlər naziri: Trampın sözlərini pisləyirik
    Kubanın xarici işlər naziri: Trampın sözlərini pisləyirik

Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla BMT Baş Assambleyasındakı çıxışında deyib: Trampın sözlərini pisləyirik.

Parrilla söyləyib: Biz burada mümkün olan ən şiddətli tərzdə prezident Trampın üç gün bundan öncə Kubaya qarşı işlətdiyi müdaxilə mahiyyətli, təhqiredici və hörmətsiz ifadələrini pisləyirik. Biz ona deyirik: Amerika elə yerdir ki, orada insan haqları ən pis tərzdə pozulur. Bu, beynəlxalq ictimaiyyətin nigarançılığına səbəb olur və etika baxımından o, mənim ölkəm barədə fikir bildirmək səlahiyyətinə malik deyildir. 

Parrilla əlavə edib: Amerika prezidenti təhlükəsizlik və ərazi bütövlüyü terminlərindən öz xeyrinə bəhrələnməyə çalışır. O, hətta bu işi öz müttəfiqlərinə zərər vurmaq hesabına görməyə belə hazırdır.

Parrilla söyləyib: Kuba və Amerika bir-birilə həmkarlıq edə və bir-birinin kənarında yaşaya, eləcə də ixtilaflara rəğmən, bir-birilərinə hörmət edə bilərlər. Bu məsələdən iki ölkə xalqı mənfəət əldə edə bilər. Bununla belə, heç bir tərəf Kubanın öz mövqeyindən geri çəkiləcəyini gözləməməlidir, zira bu məsələ onun hakimiyyəti və istiqlaliyyətinə təsir göstərmiş olacaqdır.

O, deyib: Kuba xalqı Amerikanın bütün maliyyə və ticarət sanksiyalarını aradan qaldırmaq üçün öz qanuni səylərindən əl çəkməyəcək və biz bu siyasəti pisləməkdə davam edəcəyik.

Teqlər