Ukrayna və Kanada hərbi həmkarlıqlarını genişləndirirlər
https://azeri.sahartv.ir/news/dünya-i283369-ukrayna_və_kanada_hərbi_həmkarlıqlarını_genişləndirirlər
Ukrayna prezidenti Kanada ilə hərbi həmkarlıqların genişləndirilməsini istəyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 23, 2017 16:32 Asia/Baku
  • Ukrayna və Kanada hərbi həmkarlıqlarını genişləndirirlər
    Ukrayna və Kanada hərbi həmkarlıqlarını genişləndirirlər

Ukrayna prezidenti Kanada ilə hərbi həmkarlıqların genişləndirilməsini istəyib.

Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, Kanadanın baş naziri Castin Terodo ilə müzakirələrində onunla hərbi və təhlükəsizlik sahələrindəki həmkarlıqların yaxşılaşdırılması perspektivini araşdırıbdır.

O, əlavə edib: Cari ilin əvvəllərində iki tərəf hərbi-müdafiə həmkarlıqları barədə razılaşma imzalayıbdır.

Ukrayna dövləti 2014-cü ildən və bu ölkənin şərqində ukraynalı müxaliflərlə döyüşlərin başlanmasından bəri müxtəlif silah növləri almaqla məşğuldur.

Belə bir halda, Rusiya rəsmiləri dəfələrlə xəbərdarlıq ediblər ki, Ukraynaya silah göndərilməsi bu ölkənin şərqində döyüşlərin şiddətlənməsilə nəticələnəcəkdir.