ABŞ bombardmançıları Şimali Koreya sahilləri üzərində uçuş keçirib
Sen 24, 2017 12:06 Asia/Baku
ABŞ-ın Şimali Koreya əleyhinə hərəkətlərinin davamında bu ölkə ordusunun qırıcı və bombardmançı təyyarələri Şimali Koreyanın şərq sahilləri üzərində uçuş keçiriblər.
Röytersin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi Pentaqon bombardmançı və qırıcı təyyarələrin Şimali Koreyanın şərq sahilləri üzərində uçuş keçirdiyini bildirərək iddia edib ki, bu hərəkət Pxenyan əleyhinə hərbi seçimlərə dair açıq-aydın mesajı çatdırır.
Son günlər ABŞ və Şimali Koreya arasında gərginliklər Donald Trampın avantürist strategiyası ilə pik həddə çatıb.
Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqləri Şimali Koreya əleyhinə hədələri davam etdirdiyi zamana qədər bu ölkə öz hərbi potensialını gücləndirməyi davam etdirəcək.