Banqladeş rohinca müsəlmanlarına mobil telefonu qadağan edib
Sen 24, 2017 21:34 Asia/Baku
Banqladeş hökuməti bu ölkənin mobil operator şirkətlərinə ölkənin təhlükəsizliyinə hədə hesab etdiyinə görə, rohinca müsəlman didərginlərinə mobil telefon satışını qadağan edib.
Press TV-nin məlumatına görə, Banqladeş hökuməti bazar günü mobil operator şirkətlərinə xəbərdarlıq edərək bildirib: Rohinca müsəlman didərginlərinə mobil telefon nömrəsi satılarsa, satan tərəf cərimələnəcək.
Banqladeş hökuməti həmçinin bildirib ki, bu ölkə rohinga müsəlmanlarını humanistliyə görə qəbul edib. Lakin eyni zamanda ölkənin təhlükəsizliyi hədələnməməlidir.