Amerikada silahlı insident; ölü və yaralı sayı 43
Amerikada Silahlı İnsidentlərin Statistika Mərkəzi ölkənin müxtəlif məntəqələrində çıxan silahlı insidentlər zamanı 8 nəfərin ölməsindən xəbər verib.
Gun Violence Archive (GVA) internet portalı bildirir ki, ötən 15 saat ərzində Birləşmiş Ştatlarda baş verən silahlı insidentlərdə 8 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.
Florida, İndiyana, Şimali Karolina, Pensilvaniya, Kaliforniya, Corciya və Merilənd ştatları ən çox ölü və yaralı sayına malik olublar.
Hər il amerikada minlərlə insan odlu silahdan istifadə edilərək törədilən zorakılıq hallarında həyatını itirir və ya yaralanır.
Buna baxmayaraq, Amerikada silah istehsalçıları güclü lobbilərə malik olduqları və hazırkı prezident Donald Tramp tərəfindən himayə edildikləri üçün, silah satışı, silah daşınması və silahdan istifadə ilə bağlı qanunlara düzəlişin edilməsi hələ ki, imkansız görünür.