Sen 26, 2017 11:12 Asia/Baku
  • Myanmadan gülünc iddia: Terrorizm ilə mübarizə aparırıq
    Myanmadan gülünc iddia: Terrorizm ilə mübarizə aparırıq

Myanmanın BMT-dəki daimi nümayəndəsi bazar ertəsi günü gülünc bir iddiada ölkəsinin terrorizm ilə mübarizə apardığını deyib.

Hau Do Suan BMT Baş Assambleyasında etdiyi çıxışında Myanmanın Raxin vilayətində minlərlə Ruhinca müsəlmanının qırğın edilməsinə, evlərinin yandırılmasına və yüz minlərlə insanın öz yaşadığı əraziləri zorla tərk etməyə məcbur edilməsinə işarə etmədən, bu ölkə ordusunun Arakanda terrorizmlə mübarizə apardığını iddia edib. 

Myanmanın BMT-dəki nümayəndəsinin bu gülünc iddiası BMT-nin, bir çox ölkələrin  və beynəlxalq insan haqları təşkilatlarının o cümlədən İnsan Haqları Gözətçisi və Beynəlxalq Amnistiya Təşkilatlarının Myanma ordusu tərəfindən Raxin vilayətində müsəlman azlığa qarşı yürüdülən etnik təmizləmə siyasətini kəskin formada qınamasının ardınca irəli sürülüb. 

Raxin vilayətində yaşayan bir milyondan çox Ruhinca müsəlmanı Myanma dövləti və ordusu tərəfindən kütləvi soyqırımına məruz edilir. 

Teqlər