BMT Şimali Koreya əleyhinə sanksiyaları artırdı
BMT ikili məqsədlər üçün istifadə edilə biləcək məhsulların Şimali Koreyaya satılması, köçürülməsi və verilməsini qadağan etdi.
İRNA-nın məlumatına görə, BMT TŞ-nin 2371 saylı qətnaməsinə əsasən Şimali Koreya əleyhinə yeni sanksiyalar siyahısı 8 hissəyə malikdir. Bunlardan biri "xüsusi maddələr və əlaqədar təchizatlar" və "maddələrin emalı təchizatları"nı əhatə edir.
Bu yeni siyahı tanınmış silahların istehsalında istifadə edilə biləcək ikili istifadə məqsədlərinə malik olan məhsulların yenilənmiş siyahısıdır. Öncəki siyahı BMT Təhlükəsizlik Şurasının 2321 saylı qətnaməsi əsasında ötən dekabrda hazırlanmışdı. Bu qətnamə 2016-cı ilin noyabrında Şimali Koreyanın 5-ci nüvə sınağının ardınca qəbul edilmişdi.
BMT TŞ Şimali Koreyanın 3 sentyabr tarixində bir hidrogen bombasını sınaqdan keçirməsinin ardınca Pxenyana qarşı yeni sanksiyalar tətbiq edərək, neft və yanacaq məhsullarının Şimali Koreyaya ixrac və bu ölkənin tekstil məhsullarının idxal edilməsini qadağan etdi.