Sen 27, 2017 09:36 Asia/Baku
  • İsrail Myanma ordusunu silahlandırmaqda davam edir

İsrail rejimi müsəlmanlara qarşı amansız zorakılıqları davam etdirən Myanma ordusunu silahla təmin edir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İsraildə çıxan Haaretz qəzeti yazır: BMT tərəfindən Myanma ordusunun Raxin vilayətində Ruhinca müsəlman azlığına qarşı etnik təmizləməni davam etdirməsi barədə hesabatlara baxmayaraq, İsrail, Myanmaya silah satışını davam etdirir. 

Haaretz yazır: Ötən gün İsrailin ali məhkəməsi İsrailin Myanmaya silah ixracatını dayandırması ilə bağlı şikayət ərazisəini araşdırmaq üçün iclas təşkil etdi. Bu məhkəmə iclasında iştirak edən Nazirlər Kabinetinin təmsilçisi məhkəmə orqanının xarici siyasətlə bağlı məsələlərə müdaxilə etməməli olduğunu deyib. 

Teqlər