Təhlükəsizlik Şurasında Myanma müsəlmanları ilə əlaqədar iclas
Nəhayət Myanma müsəlmanları üçün Təhlükəsizlik Şurasında iclas təşkil olundu. Baxmayaraq ki, qətnamədən xəbər yox idi.
Baş katibin hesabatı xanım Anq San Suçinin dəstəsinin cinayətlərinin siyahısından və Myanma hökumətinə xəbərdarlıqdan ibarət idi. Belə ki, böhrana son qoyun.
Rusiya və Çin pisləmələrinə baxmayaraq dedilər ki, Myanma dövlətinin söhbətlərini də dinləmək lazımdır.
Myanma rəhbəri Anq San Suçi təzyiqlərdən qaçmaq üçün, bu il ümumiyyətlə BMT-yə gəlmədi. Myanma nümayəndəsi də burada dedi ki, biz mürəkkəb vəziyyətdə terrorizmlə savaşırıq.
İran xarici işlər naziri isə Nyu-Yorku tərk etməzdən öncə, BMT baş katibinə dedi ki, əl üstə əl qoymaq olmaz.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Myanmanın şəraiti və Rohinca müsəlmanlarının ağır vəziyyəti haqda yaxşı danışıqlar aparıldı.
BMT bildirir ki, onlar ən güclü təqibdə olan dünya azlığıdır.
İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşru deyib: Dünya ictimaiyyətinin səyi bu olmalıdır ki, bu qırğınlar və yanğınların qarşısı alınsın.
Nobel sülh mükafatının qalibi indi insan amallarından üz döndərmişdir. Antonio Quterreş dedi ki, minlərlə müsəlman qətlə yetirilir, təcavüzə məruz qalır, 500 min nəfər öz ev-eşiyindən didərgin düşüb və kəndləri də yandırılmışdır.
Xanım Anq San Suçi də BMT müşahidəçilərinin Myanmaya tənzimlənmiş səfərinə mane olub.