Sen 30, 2017 16:39 Asia/Baku
  • 88 təşkilat Myanma hökumətinin cinayətlərinə reaksiya verdi
    88 təşkilat Myanma hökumətinin cinayətlərinə reaksiya verdi

88 beynəlxalq Qeyri-Hökumət Təşkilatı Myanma dövlətinin rohinca müsəlmanlarına qarşı hərəkətlərini bəşəriyyət əleyhinə cinayət adlandırıb və bu cinayətləri pisləyərək beynəlxalq ictimaiyyətin bu vəhşiliklə mübarizə aparmaq üçün səhnəyə daxil olmalarını istəyib.

Fransa Xəbər Agentliyinin məlumatına görə, 88 QHT birgə bəyanat yayaraq bildirib: Myanmada baş verənləri nəzərə alaraq bu ölkə təhlükəsizlik qüvvələrinin hərəkətinin bəşəriyyət əleyhinə cinayət meyarı olduğu aydındır. 

İnsan Haqları Gözətçisi Təşkilatının yaydığı bu bəyanatda BMT-yə üzv bütün ölkələrdən Myanmaya hərbi yardım və bu ölkə ilə əməkdaşlığı dərhal durdurmaları istənilir. 

Beynəlxalq Amnistiya Təşkilatının da aralarında yer aldığı bu Qeyri-Hökumət Təşkilatları BMT-yə üzv ölkələrdən Myanma böhranı ilə mübarizə üçün təcili addım atmaları istənilir. 

Teqlər