ABŞ-da anti-rasiszm aksiyaçıları sosial ədalət tələbi ilə çıxış ediblər
-
ABŞ-da anti-rasiszm aksiyaçıları sosial ədalət tələbi ilə çıxış ediblər
ABŞ-da anti-rasiszm yürüşünün iştirakçıları sosial ədalət tələbi ilə çıxış ediblər.
Altı minə yaxın insan şənbə günü 1919-cu ildə Los-Anceles şəhərində qaradərili aksiyaçıların qırğın edilmələrinin ildönümü günündə Vaşinqton küçələrində yürüş keçirib. Qeyd olunan qətli-amda Afrika mənşəli 237 qadın, kişi və uşaq öldürülüb.
Yürüş iştirakçılarından biri deyib: Bu gün yalnız dərilərinin rənglərinə görə rəhmsizcəsinə öldürülmüş insanların qırğın edilmələrinin ildönümü günüdür. Onlar yalnız Amerikanın digər vətəndaşları ilə bərabər haqqa malik olmaq istəyirdilər.
Qeyd olunan aksiyanın iştirakçılarının əksər hissəsini gənclər təşkil edibdir.
Yürüş iştirakçıları sosial ədalət tələb ediblər. Onlar öz hərəkətləri yolunda Tramp otelinin önündə dayanaraq, Trampa "sənə ar olsun!" şüarı ilə müraciət ediblər.
Yürüş iştirakçılarından olan bir qadın deyib: Biz buraya toplaşmışıq ki, ictimai ədalət və bərabərlik tələb edək. Bütün Amerika xalqı arasında ədalət mövcud olmalı və onların arasında fərq qoyulmamalıdır. İndiyədək qaradərililərə qarşı bir çox xoşagəlməz hərəkətlər edilibdir ki, bu da, ayrı-seçkilik və rasiszm nişanəsidir və bizim hamımız bu cür rəftarlara qarşı çıxmalıyıq.
Bir gənc qadın aksiyaçı da belə deyib: Mən bu yürüşdə iştirak etmişəm ki, xalqı sosial ədalətin bərqərarı vacibliyi barədə məlumatlandıram. Lakin təəssüflər olsun ki, vəziyyət günbəgün pisləşir. Biz bir-birimizlə həmrəylik yaradaraq, bu vəziyyəti dəyişdirməliyik.
Bu yürüş elə bir halda keçirilibdir ki, bir neçə gün bundan öncə Amerikanın reqbi idman növü üzrə yığma komandasının qaradərili üzvləri polisin qaradərililərə qarşı zorakılıqları və Tramp hökumətinin siyasətlərinə etiraz olaraq, Amerika hökumətinin dövlət himni səsləndirilərkən ayaqüstə durmaq əvəzinə, diziüstə yerə çöküblər.