40 milyondan çox insan modern quldarlığın qurbanıdır
https://azeri.sahartv.ir/news/dünya-i284121-40_milyondan_çox_insan_modern_quldarlığın_qurbanıdır
Hələ də bütün dünyada 40 milyondan çox insan modern quldarlığın qurbanıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2017 11:01 Asia/Baku
  • 
40 milyondan çox insan modern quldarlığın qurbanıdır
    40 milyondan çox insan modern quldarlığın qurbanıdır

Hələ də bütün dünyada 40 milyondan çox insan modern quldarlığın qurbanıdır.

CNN telekanalı xəbər verir: Bəlkə də çoxları elə zənn edirlər ki, bu gün dünyada quldarlıq köhnəlmiş bir fenomendir və onu yalnız tarix kitablarında izləmək olar. Amma BMT tərəfindən yayılmış ən yeni hesabata əsasən, ötən il bütün dünyada hər gün qırx milyondan çox insan modern quldarlığın qurbanı olubdur. YUNESKO(UNESCO) da quldarlıq barədəki ən yeni tərifində bildiribdir ki, bir şəxs özünü digər bir şəxsin sahibi bildiyi və ya onun həyatının nəzarətini əlinə aldığı, həmçinin bir şəxsin həyatının nəzarətinin digər bir şəxs və ya şəxslərin əlində olduğu və öz işini tərk edə, yaxud da öz vəziyyətini dəyişdirə bilmədiyi zaman, bu şəxs bir quldur.