Yəmənə qarşı təcavüzkarlar koalisiyası BMT-nin qara siyahısında
https://azeri.sahartv.ir/news/dünya-i284415-yəmənə_qarşı_təcavüzkarlar_koalisiyası_bmt_nin_qara_siyahısında
BMT Ərəbistanın başçılığı altda olan Yəmənə qarşı təcavüzkarlar koalisiyasını özünün qara siyahısına salıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2017 08:05 Asia/Baku
  • Yəmənə qarşı təcavüzkarlar koalisiyası BMT-nin qara siyahısında

BMT Ərəbistanın başçılığı altda olan Yəmənə qarşı təcavüzkarlar koalisiyasını özünün qara siyahısına salıb.

Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanının komandanlığı altında olan hərbi koalisiyanın adını 2016-cı ildə Yəməndə onlarla məktəb və xəstəxanaya hücum etməsinə və 683 yəmənli uşağı öldürməsi və yaralamasına görə, özünün qara siyahısına daxil edib.

Belə bir halda, BMT sözçüsü deyib ki, bu orqan Ərəbistanın Yəməndəki cinayətləri qarşısında susmayacaqdır.

Röyters-in ötən çərşənbə axşamı günü yaydığı BMT siyahısının gizli olan ilkin mətnində yəmənli uşaqları qırdığına görə, səud koalisiyanın və konkret olaraq, Ərəbistanın adı qeyd olunubdur.

Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ilin martında Yəmənə hücum edərək, bu ölkəni qurudan, dənizdən və havadan mühasirəyə alıbdır. Bu hərbi təcavüz indiyədək yüzlərlə qadın və uşaq daxil olmaqla on üç mindən yuxarı yəmənlinin ölümü ilə nəticələnib və yoxsul Yəmən ölkəsini kəskin qida maddələri və dərman preparatları çatışmazlığı ilə üzləşdiribdir.