Ruhinqa müsəlmanlarına qarşı qətli-am davam edir
İnformasiya mənbələri Myanmada Ruhinqa müsəlmanlarına qarşı qətli-amın davam etməsindən xəbər veriblər.
Myanmada ordu və ekstremist buddistlər bu ölkədə Ruhinqa müsəlmanlarına qarşı qətli-amı davam etdirirlər və müsəlmanların didərginliyi və onların Banqladeşə doğru qaçmaları artmaqda olan statistikaya malik olmaqda davam edir.
Belə bir halda, Banqladeşdəki yerli təşkilatlar pis qidalanma xüsusiyyət təşkil etməklə ruhinqalı didərgin uşaq və qadınlar arasında müxtəlif xəstəliklərin yayılmasından xəbər verirlər.
Banqladeş rəsmiləri bildiriblər ki, 800 mindən yuxarı ruhinqalı müsəlmana sığınacaq vermək üçün didərginlərin yerləşdirilməsi üzrə ən böyük mərkəzlərdən birini inşa edəcəklər.
Digər tərəfdən, BMT rəsmilərindən biri də bu gün bildiribdir ki, ruhinqalı müsəlman didərginlərin Myanmadan Banqladeşə daxil olmaları prosesi dayanmayıb və hələ də Myanmada qalmış yüz minlərlə didərgin bu ölkədən çıxmaq niyyətindədir.
BMT eyni zamanda Ruhinqa müsəlmanlarının pis vəziyyətinə reaksiyada Myanmada müsəlman sakinli Raxin əyalətinə əlçatmanın mümkünsüz olmasını qəbuledilməz adlandırıb.
Ruhinqa müsəlmanlarının Raxin əyalətində Myanma ordusu tərəfindən geniş surətdə yatırılması avqustun 25-dən başlanıb və bu müddətdə altı min nəfər həlak olub, səkkiz min nəfər isə yaralanıbdır.