Okt 07, 2017 16:22 Asia/Baku
  • Paytaxt Kabildə ABŞ və NATO əleyhinə aksiya
    Paytaxt Kabildə ABŞ və NATO əleyhinə aksiya

Əfqanıstan vətəndaşları ABŞ və müttəfiqlərinin Əfqanıstana hücumunun 16-cı illiyində paytaxt Kabildə və başqa şəhərlərdə aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, Kabildə etirazçılar Amerika Birləşmiş Ştatlarının işğalçılığı əleyhinə şüarlar səsləndirib və NATO-nu pisləyən şüarlar yazılmış plakatları əllərində tutublar.

Etirazçılar Əfqanıstan şəhər və kəndlərinin davamlı şəkildə bombalanmasına toxunub və əcnəbi hərbçilərin bu ölkəni dərhal tərk etmələrini istəyiblər.

Kabildə anti-ABŞ əleyhinə aksiya zamanı əfqan etirazçı deyib: Hər gün bombardmanın şahidiyik və minlərlə günahsız əfqan həlak olur.

Kabil aksiyasına solçu Birlik partiyası təşkilatçılıq edib. Birlik partiyası bildirib ki, qadınların hüququ, demokratiyanın bərpası və əcnəbi hərbçilərin Əfqanıstandan çıxarılmasına çalışır.

ABŞ və müttəfiqlərinin Əfqanıstan ahücumundan 16 il keçsə də, bu ölkə hələ də zorakılıq, stabillik və terrorizmlə üzləşib. Əcnəbi hərbçilərin Əfqanıstandakı iştirakı destabillik və narkotik maddələrin istehsalının artmasına gətirib çıxarıb.

Əfqanıstan müharibəsi ABŞ tarixində ən uzun müharibə adını alıb və bu müharibədə indiyə qədər minlərlə amerikalı hərbçi ölüb.

Teqlər